BAKI, 28 aprel. TELEQRAF

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq.

Teleqraf xəbər verir ki, son oyun günü "Sumqayıt" paytaxtın "Neftçi" klubunu qəbul edəcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq.

Son iki qarşılaşmada qol vuran qalib gəlib. “Sumqayıt” son iki ev görüşündə qələbə qazanıb.

Hazırda “Neftçi” 35 xalla 7-ci, “Sumqayıt” 29 xalla 8-ci yerdədir.

Yada salaq ki, turun ilk oyununda “Turan” öz meydanında “Şamaxı” ilə heç-heçə (1:1) edib. Aprelin 26-da “Zirə” səfərdə “Kəpəz”i 1:0 hesabı ilə udub. Dünən isə “Qarabağ”la “Sabah” və “Səbail”lə “Araz-Naxçıvan”ın oyunlarında eyni hesab (1:1) qeydə alınıb.

Azərbaycan Premyer Liqası

XXXII tur

28 aprel (bazar ertəsi)

20:00 “Sumqayıt” – “Neftçi”

Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabarov

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: İlham Əliyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu