TOVUZ. 26 aprel. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun ikinci oyun günündə “Kəpəz” və “Zirə” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşma “qartallar”ın 1:0 hesablı qələbəsilə yekunlaşıb.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada yeganə qolu 66-cı dəqiqədə qonaqların futbolçusu Salifi Suma vurub. Cari mövsümdə 11-ci qolunu vuran qanalı hücumçu bombardirlər siyahısında ikinci pilləyə yüksəlib. O, “Qarabağ”ın futbolçusu Leandro Andradedən 3 top geri qalır.
“Zirə” bu nəticəyədək ən azı Kofrans Liqasına vəsiqəni təmin etmişdi. Rəşad Sadıqovun komandası hazırda 64 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşır.
Azər Bağırovun kollektivi isə 28 xalla turnir cədvəlinin 9-cu pilləsindəki yerini dəyişməz saxlayıb.
Qeyd edək ki, turun açılış oyununda “Turan Tovuz” öz meydanında “Şamaxı” ilə heç-heçə edib - 1:1. Qalan qarşılaşmalar 27-28 apreldə baş tutacaq.