BAKI, 24 aprel. TELEQRAF
“Arda Gülər mərkəzdə oynadı və əla görünürdü. Onun oyun qurmaq bacarığı fenomenaldır. O, bu mövqedə daha tez-tez oynayacaq”.
Teleqraf xəbər verir ki, bu sözləri “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti “Xetafe” ilə oyundan sonra deyib.
Təcrübəli mütəxəssis oyunu belə şərh edib: “Məqsəd üç xal qazanmaq idi. Birinci hissə yaxşı, ikinci yarı çətin oldu. Müdafiədə daha etibarlı oynamağa çalışdıq, lakin hücumda effektivliyimiz yox idi”.
Yada salaq ki, İspaniya La Liqasının 33-cü turunda “Real Madrid” səfərdə 1:0 hesabı ilə “Xetafe”ni məğlub edib.
Oyunun taleyini həll edən qolu 21-ci dəqiqədə Türkiyə yığmasının gənc ulduzu Arda Gülər vurub.