BAKI, 24 aprel. TELEQRAF

“Açığı, ardıcıl iki dəfə uduzmağa öyrəşməmişik. Bu iki məğlubiyyəti düzgün təhlil etməliyik. Bolonyada məğlub olmağa layiq deyildik. Bu gun isə ikinci hissədə gücümüz çatmadı”.

Teleqraf xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya Kubokunun təkrar yarımfinal matçında “Milan”a məğlubiyyətdən (0:3) sonra deyib.

Baş məşqçi bildirib: “Bu, futboldur: “Milan” qələbəyə layiq idi. İlk hissədə şansları əldən verdik. İkinci hissədə künc zərbəsindən qol buraxdıq, bəxtimiz gətirmədi. Sonradan daha pis oynadıq”.

Yada salaq ki, “Milan” iki oyununun nəticəsinə görə “İnter”i məğlub edərək, finala vəsiqə qazanıb.