BAKI, 24 aprel. TELEQRAF

İngiltərə Premyer Liqasının 34-cü turunda “Kristal Pelas”la görüşdə (2:2) qələbəni əldən verən “Arsenal” antirekordu təkrarlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Opta Sport” nəşri məlumat yayıb.

Məlumata gərə, “Arsenal” cari mövsümdə Premyer Liqada hesabda öndə olduğu 9 matçda qələbəni əldən verib. Belə bir nəticə 17 il öncə də qeydə alınıb. 2007/2008 mövsümündə “Tottenhem” klubu eyni aqibəti yaşayıb.

Qeyd edək ki, Mikel Artetanın yetirmələri 34 oyundan 67 xalla turnir cədvəlində ikinci yerdədir.