BAKI, 24 aprel. TELEQRAF

Azərbaycanlı futbolçu Zamiq Əliyevin heyətində yer aldığı “Eqnatiya” klubu Albaniya kubokunun finalına vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, Əliyevin komandası “Partizani”ni mübarizədən kənarlaşdırıb.

İlk matçda evdə 1:0 hesabı ilə uduzan “Eqnatiya” səfərdə eyni hesabla qalib gəlib. Əlavə vaxtda daha bir qol vuran Zamiqin komandası finala yüksəlib.

Azərbaycanlı futbolçu start heyətində meydana çıxıb və qarşılaşmanı əvəzolunmadan keçirib.

Qeyd edək ki, “Eqnatiya” finalda “Dinamo” (Tirana) klubu ilə qarşılaşacaq.