BAKI, 24 aprel. TELEQRAF
İspaniya La Liqasının 33-cü turunda “Real Madrid” səfərdə 1:0 hesabı ilə “Xetafe”ni məğlub edib.
Teleqraf xəbər verir ki, oyunun taleyini həll edən qolu 21-ci dəqiqədə Türkiyə yığmasının gənc ulduzu Arda Gülər vurub.
Səfər oyununda qələbə qazanan “Real Madrid” 72 xalla 2-ci pillədədir. Lider “Barselona”nın hesabında 76 xalı var. “Xetafe” 39 xalla 12-ci yerdə mövqe tutur.