BAKI, 24 aprel. TELEQRAF

Futbol üzrə İtaliya Kubokunda ilk finalçı müəyyənləşib.

Teleqraf xəbər verir ki, səfər oyununda “İnter”i 3:0 hesabı ilə darmadağın edən “Milan” növbəti mərhələyə adlayıb.

Qalib komandanın heyətində Luka Yoviç dubla imza atıb. “Milan”ın digər qolunu Teyani Reynders vurub.

Bu komandalar arasında yarımfinal mərhələsinin ilk oyununda heç-heçə (1:1) qeydə alınmışdı.

“Milan”ın finaldakı rəqibi bu gün baş tutacaq “Bolonya” – “Empoli” görüşündən sonra bəlli olacaq. İlk oyunda səfərdə 3:0 hesabı ilə qalib gələn “Bolonya” finalın bir addımlığındadır.

Final qarşılaşması mayın 14-də Milanda keçiriləcək.