BAKI, 23 aprel. TELEQRAF

İtaliya A Seriyasında 33-cü turda iddialı komandalardan “Yuventus” gözlənilmədən səfərdə “Parma”ya 1:0 hesabı ilə uduzub.

Teleqraf xəbər verir ki, oyunda yeganə qolu 45+1-ci dəqiqədə Mateo Pelleqrino vurub.

İddialı komandalardan “Latsio” “Cenoa”nı (2:0), “Fiorentina” isə “Kalyari”ni (2:1) səfərdə məğlub edib.

Hazırda 59 xalla “Yuventus” və “Latsio” 5-6-cı yerləri bölüşür. “Fiorentina” 56 xalla 8-ci pillədədir.

Turnir cədvəlinə hərəyə 71 xal toplayan “İnter”lə “Napoli” şərikli liderlik edir.