BAKI, 23 aprel. TELEQRAF
Serbiyanın “Srvena Zvezda” klubu məğlubiyyətsiz ev oyunlarına görə dünya rekorduna sabibdir.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Belqrad təmsilçisi 8 il ərzində yerli azarkeşləri önündə məğlub olmayıb.
“Srvena Zvezda” sonuncu dəfə 2017-ci ilin aprelində evdə uduzub. Klubu öz meydanında son 148 matçda udmaq mümkün olmayıb.
Əvvəlki rekord “Real Madrid”ə məxsus idi. “Kral klubu” 1957-1965-ci illər arasında 121 matçda öz meydanında uduzmayıb.