BAKI, 23 aprel. TELEQRAF
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Barselona”nın yarımmüdafiəçisi Rafinyanın transferi üçün 100 milyon avro ödəməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın sport.es nəşri xəbər yayıb.
Məlumata görə, ərəblər Kataloniya klubunun futbolçusunu almaq üçün ciddi səylər göstərirlər.
“Əl-Hilal” nümayəndələrinin Rafinyanı və bir neçə digər oyunçuların alınmasını müzakirə etmək üçün Barselonaya səfər etdiyi bildirilir.
“Barselona”nın futbolçunu heyətdə saxlamaq istədiyi, amma son qərarı Rafinyanın verəcəyi vurğulanır.
Yada salaq ki, braziliyalı 28 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 30 qol vurub və 21 məhsuldar ötürmə edib.