
BAKI, 29 mart. TELEQRAF
Almaniyanın “Bavariya” klubu “Brayton”un qapıçısı Bart Verbryuggeni heyətinə qatmağa can atır.
Teleqraf “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, münhenlilər gənc qolkiperə görə İngiltərə klubuna 72 milyon avro təklif etməyə hazırdır.
Xəbərdə bildirilir ki, “Bavariya” 22 yaşlı qolkiperi 38 yaşlı Manuel Noyerin uzunmüddətli əvəzləyicisi kimi nəzərdən keçirir.
Niderlandlı qapıçının “Brayton”la müqaviləsi 2028-ci ilin yayına qədərdir.