BAKI. 24 mart. TELEQRAF

Meksika yığması tarixində ilk dəfə CONCACAF (Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinin Futbol Konfederasiyası) Millətlər Liqasının qalibi olub.

Teleqraf xəbər verir ki, Xavyer Agirrenin baş məşqçi olduğu kollektiv finalda Panamaya qalib gəlib - 2:1.

ABŞ-ın Kaliforniya ştatındakı İnqlvud şəhərində təşkil olunmuş qarşılaşmada Raul Ximenes 8-ci və penalti ilə 90+2-ci dəqiqələrdə fərqlənərək, "dubl" edib. Panamanın yeganə qolunu 45-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi ilə Adalberto Karraskilya vurub.

Bürünc medalı isə 3-cü yer uğrunda görüşdə ABŞ-a eyni hesabla qalib gələn Kanada əldə edib.

Qeyd edək ki, Meksika millisi əvvəllər iki dəfə Millətlər Liqasının finalına çıxsa da, ABŞ-a uduzub. Panama isə tarixində ilk dəfə finalda oynayıb.