
BAKI, 4 mart. TELEQRAF
İşğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Xankəndi şəhərində də həyat öz axınına düşüb.
Teleqraf xəbər verir ki, bunu Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
Məlumatda deyilir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında uzun illərdən sonra Xankəndi şəhərində insanlar bu gün öz adət-ənənələrinə uyğun olaraq doğma torpaqlarında Od çərşənbəsini qeyd edirlər.
Axşam saatlarında şəhərin girişində bayram tonqalı yandırılıb. Sakinlər tonqal ətrafına toplaşaraq, od çərşənbəsini birlikdə qeyd ediblər. Bayram tonqalı uşaqlar üçün daha maraqlı olub. İnsanlar tonqalın üzərindən hoppanaraq öz niyyətlərini dilə gətiriblər.Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə bayramlar xüsusilə qeyd olunur. Xankəndi şəhərində də Novruz bayramı münasibətilə böyük konsert proqramı təşkil ediləcək.