Avtomobil qəzasına uğrayan İtaliyanın Ermənistandakı səfiri Alfons Rison xəstəxanaya aparılıb.

Teleqraf.com xəbər verir ki, hadisə dünən İrəvan şəhərində baş verib.

Məlumata görə, səfirin xidməti avtomobili İrəvan sakini Arman S.-nin idarə etdiyi “Mercedes” və Armen G.-nin idarə etdiyi “Audi” markalı avtomobillər toqquşub. “Audi”nin sürücüsü xəstəxanaya aparılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Məlumata görə, “Audi”nin diplomatik nömrəsi olub.

Olay zamanı səfirin də avtomobildə olduğu bildirilib.