BAKI, 5 avqust. TELEQRAF
"15 sentyabr 2026-cı il tarixində, saat 11:00-da Konstitusiya Məhkəməsi TRIPP-in Konstitusiyaya uyğunluğu məsələsinə baxacaq".
Teleqraf xəbər verir ki, bu barədə konstitusiyaşünas Qohar Meloyan özünün "Facebook" səhifəsində yazıb.
“Həmçinin bu gün Ararat Mirzoyan ilə ABŞ-ın Sülh Missiyaları üzrə Xüsusi Elçisinin baş müşaviri Arye Laytstoun arasında görüş keçirilib. Görüşdə Transxəzər Müəssisələri Fondunun prezidenti və şayiələrə görə, Ermənistandakı bir neçə iri şirkətin real benefisiarı Konstantin Sokolov da iştirak edib”,- deyə o xüsusi qeyd edib.