BAKI, 21 avqust. TELEQRAF
“Orduda əsgərlərin qeyri-döyüş şəraitində ölümü ictimaiyyəti ən çox qəzəbləndirib. Xüsusilə, ötən gün yük maşınının altına düşən əsgərlərdən biri ölməsi və digərlərinin ağır yaralanması müdafiə nazirinin istefasının tələbinə gətirib çıxarıb".
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
"Avqustun 20-də Çəmbərək hərbi hissəsində baş verən dəhşətli avtomobil qəzası və ölüm hadisəsi Suren Papikyan üçün ölümcül ola bilər. Hadisənin detalları ilə bağlı xəbər ictimaiyyət arasında böyük narazılıq dalğasına səbəb oldu. Müdafiə Nazirliyindəki mənbəmiz deyir ki, ordu və Müdafiə Nazirliyi, hərbçilər arasında nazirə qarşı böyük narazılıq var. Çünki onun bu mürəkkəb və məsuliyyətli sistemi idarə edə bilmədiyi göz qabağındadır. Öyrəndik ki, hərbçilərin valideynləri Çəmbərək hadisəsindən qəzəbləniblər, onlardan biri nazirliyi məhkəməyə verəcəyini açıqlayıb", deyə qəzet qeyd edib.