BAKI, 12 noyabr. TELEQRAF

ABŞ-nin kommersiya neft ehtiyatları həftə ərzində 4,7 milyon barel artaraq 6 noyabr tarixinə 414,4 milyon barelə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Nazirlik ehtiyatların hazırkı həcminin beş illik orta göstəricidən 4% aşağı olduğunu dəqiqləşdirib.

Londonun ICE birjasında 2027-ci ilin yanvar ayı üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 1,25% artaraq bir barel üçün 93,92 dollara, dekabr ayı üçün WTI xam neftin fyuçerslərinin qiyməti isə 0,66% artaraq bir barel üçün 87,1 dollara çatıb.