BAKI, 12 fevral. TELEQRAF

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı təhsilalanlar üçün eksternat qaydasında keçirilən imtahanların nəticələri bəlli olub.

Bu barədə Teleqraf-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, eksternat qaydasında Bakı şəhəri üzrə keçirilən imtahanların nəticələrinə əsasən, ibtidai təhsil səviyyəsi üzrə 1 və tam orta təhsil səviyyəsi üzrə 1 şagird olmaqla, ümumilikdə 2 şagird uğur əldə edib.

Müsabiqədən uğurla keçən şagirdlər müvafiq olaraq cari tədris ilinin ikinci yarım ilindən etibarən bir sinif yuxarı sinifdə təhsillərini davam etdirmək imkanı qazanıblar.