İnformatika fənni üzrə Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələri elan edilib.

Teleqraf xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən avtomatik plagiat yoxlama sistemindən keçə bilməyən həllər tamamilə sıfırlanıb.

Keçid balı VIII siniflər üzrə 1+, IX, X və XI siniflər üzrə isə 100+ olaraq müəyyən edilib. Beləliklə, VIII siniflərdə həll göndərərək bal toplayan şagirdlər, IX–XI siniflərdə isə ən azı bir tapşırıqdan tam bal əldə edən şagirdlər növbəti mərhələdə iştirak hüququ qazanıblar.

Olimpiadanın nəticələri yaxın günlərdə portal.edu.az platformasında şagirdlərin şəxsi kabinetlərinə əlavə olunacaq.

Nəticələrlə bağlı müraciətlər 3 iş günü ərzində, yəni 23 yanvar saat 17:00-dək, [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.

Müvafiq keçidə daxil olmaqla nəticələr ilə tanış ola bilərsiniz.

Xatırladaq ki, RFO-nun informatika fənni üzrə rayon (şəhər) turu 10–11 yanvar tarixlərində onlayn formatda təşkil edilib.

Olimpiada şagirdlərdə informasiya-kommunikasiya texnologiyaları sahəsinə marağın artırılmasında, həmçinin bu istiqamət üzrə istedadlı və perspektivli şagirdlərin aşkara çıxarılmasında mühüm rol oynayır.