BAKI, 13 yanvar. TELEQRAF
İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.
Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 15–16 yanvar tarixlərində keçiriləcək prosesin sənədlərin yoxlanılması mərhələsinə ümumilikdə 156 müəllim dəvət olunub.