BAKI, 26 dekabr. TELEQRAF
Bu il müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2 857 vakansiya təqdim olunub. Müsabiqələr nəticəsində təqvim ili ərzində 2 338 nəfər işə qəbul edilib.
Bu barədə Teleqraf-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bunlardan 802 nəfər müddətsiz müqavilə, 980 nəfər müddətli müqavilə, 292 nəfər optimallaşma nəticəsində, 264 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerini dəyişməsi nəticəsində işə qəbul olunub.
Həmçinin il ərzində ümumi təhsil müəssisələrinə işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 350 nəfərə yaxın ixtisaslı kadr dəvət edilib.