BAKI, 12 sentyabr. TELEQRAF
400 məktəbdə 17 300 dərs dinləmə həyata keçirilib.
Teleqraf xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.
O qeyd edib ki, hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti zəif qiymətləndirilib. Dərslərin yalnız 30%-i “kafi" və ya "yaxşı" dərəcə alıb.
O bildirib ki, keyfiyyətli dərsin əsas göstəriciləri dərsin planlaşdırılması, şagirdlərin dərsə fəal cəlbi, vaxt və resurslardan səmərəli istifadə, şagirdlərdə bacarıq və səriştələrin formalaşdırılmasıdır.
"Bu istiqamətdə müəllimlərlə görüləcək işlər çoxdur", - E.Əliyev vurğulayıb.