BAKI, 26 avqust. TELEQRAF

Bu gün müəllimlərin işə qəbulu ilə bağlı kimya, ingilis dili və tarix fənləri üzrə müsahibələr təşkil edilib.

Bu barədə Teleqraf-a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müsahibələrin beşinci - son gününə 285 nəfər dəvət olunub.

Qeyd edək ki, müsahibə mərhələsi avqustun 20-dən başlamışdı. Ümumilikdə müsahibə mərhələsinə 3989 müəllim dəvət edilib.