TOVUZ, 13 aprel. TELEQRAF
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasınının növbəti finalçısı müəyyənləşib.
Teleqraf-ın Tovuza ezam olunan əməkdaşı xəbər verir ki, "Turan" yarımfinal mərhələsinin cavab görüşübdə "Gəncə" ilə üz-üzə gəlib.
Tovuz Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. (25:18; 25:18; 25:18).
Tərəflər arasındakı ilk görüşdə "Turan" rəqibini 3:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, “Turan” finalda "DH Volley"lə münasibətlərə aydınlıq gətirəcək. Məğlub tərəf üçüncü yer uğrunda görüşdə "Milli Aviasiya Akademiyası" ilə qarşılaşacaq.
Reqlamentə əsasən bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.