BAKI, 2 oktyabr. TELEQRAF

2026-cı ildə təşkil olunacaq voleybol üzrə qadınlar arasında Avropa çempionatının püşkatma mərasimi keçiriləcək.

Teleqraf Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmi saytlna istinadən xəbər verir ki, tədbir oktyabrın 4-də baş tutacaq.

Mərasim Bari şəhərindəki məşhur Norman-Svabian Qalasında keçiriləcək. Tədbirdə AVF-nin İdarə Heyətinin üzvü Elqar Bağırov və Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova iştirak edəcəklər.

Yarışın biletləri isə bu il noyabrın 7-də satışa çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı 2026-cı il də 21 avqust – 6 sentyabr tarixlərində keçiriləcək. Oyunlar Bakı (Azərbaycan), İstanbul (Türkiyə), Brno (Çexiya) və Höteborq (İsveç) şəhərlərində baş tutacaq.