BAKI, 10 avqust. TELEQRAF

"Sabah" basketbol klubu növbəti transferini reallaşdırıb.

Teleqraf klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, "bayquşlar" amerikalı hücumçu Castin Tillmanla güclənib.

28 yaşlı basketbolçu qarşıdakı 2 mövsümdə “Sabah” klubunun uğurları üçün çalışacaq.

Tilman 203 sm boya malikdir.

Qeyd edək ki, Castin Tillman karyerası ərzində Yunanıstan, Fransa, İtaliya və İsrail liqalarında çıxış edib.