
"İraq-Şam İslam Dövləti" Mosuldakı tarixi abidələr və heykəlləri dağıdıb
Teleqraf.com İnterAz-a istinadən verdiyi xəbərə görə, “İraq-Şam İslam Dövləti”nin (İŞİD) üzvləri Danyal və Yunis peyğəmbərlərin (ə) məqbərələrinə də "rəhm" etməyib.
“İraq-Şam İslam Dövləti”nin (İŞİD) dağıtdığı tarixi abidələr arasında ölkənin iki əsr öncə yaşamış tanınmış musiqiçi Osman əl-Mosulinin və Əbbasi xilafəti dövründə yaşamış tanınmış şair Əbi-Təmmamın heykəlləri də vardır.
Həmçinin, İŞİD Mosula girdikdən sonra 12-ci əsrdə yaşamış filosof, tarixşünas və “əl-Kamil fit-Tarix” əsərinin müəllifi İbni-Əsirin məqbərəsini, digər tanınmış alim İbnul-Cəzərinin məqbərələrini dağıdıblar.
Kərkükün cənubunda “İmam Rzanın məqamı” deyilən məscidə də İŞİD tərəfindən basqınlar və hücumlar təşkil edilib. Lakin onların hücumu yerli camaatın müqaviməti nəticəsində alınmayıb.