İŞİD Suriya və İraq məğlubiyyətinin əvəzini Şimali Qafqazla kompensasiya etməyə çalışacaq.


Axar.az xəbər verir ki, bu sözlər ukraynalı blogger Pavel Podobedin “İnformNapalm” saytındakı məqaləsində yer alıb. Onun sözlərinə görə, İŞİD-in hərbi aktivliyi Qafqazla yanaşı Liviya, Əfqanıstan və Yəməndə də artacaq:

“İŞİD yaxın altı ay ərzində hərbi obyektlərə hücum etməyə çalışacaq. Bu, terror təşkilatı üçün müsəlman əhali arasında geniş şöhrət qazanmağın əsas yollarından biridir. Kremlin adekvat addımları dolayısı yolla İŞİD sıralarını genişləndirə bilər. Terrorçulara dəstəyin artmasına isə Rusiyanın Suriyada şiələr tərəfdə vuruşması, Qafqazdakı aşağı həyat səviyyəsi, hüquq mühafizə orqanlarının korrupsiyaya bulaşması, Çeçenistanda insanların mənasız yerə həbs olunmaları səbəb ola bilər”.