Səudiyyə Ərəbistan məhkəməsi İranın şiə din alimi Seyx Nemr Bakır ən-Nemr barəsində edam cəzası çıxarıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qərardan sonra Tehran hökuməti Ər-Riyadın bu addımına sərt reaksiya verib.
İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Əbdüllahiyan Səudiyyədən dərhal edam qərarının ləğv edilməsini tələb edib: "Səudiyyə Ərəbistanı rəhbərliyindən İslam dünyasında gərginliyin artmasına səbəb ola biləcək bu edamın qarşısının alınmasını tələb edirik. Bu edam müsəlmanlara baha başa gələcək".
Qeyd edək ki, Seyx Nemr 2012-ci ildə Səudiyyə və Bəhreyndə etiraz aksiyaları təşkil etmək ittihamı ilə saxlanılıb.
Samir