BAKI, 30 aprel. TELEQRAF
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə aprelin 29-da Yalama–Qusar yolunun rayonun Düztahiroba kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Mirzəquliyev Orxan Rüfətoviçin idarə etdiyi “Kia K3” markalı avtomobil Qusar istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn, İdayətov İsrafil Şahbaz oğlunun idarə etdiyi “VAZ 21104” markalı avtomobillə toqquşub.
Nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüsü aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.