BAKI, 30 aprel. TELEQRAF

ABŞ administrasiyası tezliklə naməlum uçan obyektlər (UNO) haqqında çoxlu məlumat yayımlamaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

Tramp Ağ Evdə jurnalistlərə Amerika hökumətinin UNO arxivlərini açıqlayıb-açıqlamayacağı ilə bağlı sualı cavablandırarkən bildirib ki, yaxın gələcəkdə bir çox məlumat açıqlanacaq: "Əlimizdə olanların çoxunu açıqlayacağıq. Düşünürəm ki, bəziləri insanlar üçün çox maraqlı olacaq. Hərbi pilotlarımız mənə inanılmaz şeylər gördüklərini deyiblər. Beləliklə, bu barədə oxuyacaqsınız".

Qeyd edək ki, hələ fevral ayında Tramp ABŞ hökumətinin naməlum uçan obyektlər haqqında sənədləri yayımlamağa başlayacağına söz vermişdi.