BAKI, 29 aprel. TELEQRAF
Pakistan hərbi qüvvələri Çəmən sərhəd bölgəsində Əfqanıstana məxsus bir neçə nəzarət məntəqəsini və nəqliyyat vasitəsini məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə "Dawn" qəzeti ölkənin təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumatlara görə, zərbələr Əfqanıstan qüvvələri və yaraqlılarının sərhəd bölgəsindəki "səbəbsiz təcavüzünə" cavab olaraq endirilib. Pakistan mənbələri həmçinin qeyd edir ki, "Qəzab lil-Haq" kod adı altında keçirilən hərbi əməliyyat Əfqanıstanda yerləşən qruplara qarşı yönəlib və məqsədlərinə çatana qədər davam edəcək.
Qeyd edək ki, Pakistan-Əfqanıstan sərhədində döyüşlər fevralın 26-da yenidən başlayıb. Əfqanıstan hakimiyyəti bildirib ki, bu, Pakistanın onların ərazisinə hava hücumlarına cavab olaraq həyata keçirilir.