BAKI, 29 aprel. TELEQRAF
İrana qarşı dəniz blokadası ölkənin nüvə proqramı ilə bağlı ABŞ-ın narahatlıqlarını aradan qaldıracaq razılaşma əldə olunana qədər davam edəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Axios"a müsahibəsində bildirib.
Tramp İranın "öncə Hörmüz boğazını açmaq və sonra nüvə sazişindən çıxmaq" təklifini qəbul etmədiklərini qeyd edib.
İran limanlarının blokadasının davam edəcəyini deyən Tramp bildirib ki, iranlılar razılaşma istəyirlər: "Onlar mənim blokadanı davam etdirməyimi istəmirlər. Mən onu ləğv etmək fikrində deyiləm, çünki onların nüvə silahına sahib olmasını istəmirəm. İrana qarşı dəniz blokadası, ABŞ-nin nüvə silahları ilə bağlı narahatlıqlarını aradan qaldıran bir razılaşmanı qəbul edənə qədər davam edəcək. İran limanlarının blokadası bombalamadan daha təsirlidir. Onlar suda batan donuz kimi boğulurlar. Vəziyyətləri daha da pisləşəcək. Onların nüvə silahı ola bilməz".
Tramp dəniz blokadasının yalnız Tehrana yönəldiyini bildirib: "Blokada İranın ehtiyatlarına ciddi təsir göstərir və ölkəyə hər gün əhəmiyyətli iqtisadi itkilər veririk. İran bu vəziyyətdə davam edə bilməyəcək. Onlar razılığa gəlmək istəyirlər".