BAKI, 30 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu Livanda daha məhdud və hədəfli hərbi addımlar atmağa çağırdığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Tramp müsahibəsində qeyd edib ki, Netanyahuya genişmiqyaslı dağıntılardan çəkinməyi tövsiyə edib. Onun sözlərinə görə, bu cür addımlar həm ağır nəticələr doğurur, həm də İsrailin imicinə mənfi təsir göstərir.

“Netanyahuya dedim ki, daha dəqiq və hədəfli hərəkət etməlidir, binaları dağıtmamalıdır. Bu, çox dəhşətlidir və İsraili pis vəziyyətdə göstərir”, - deyə ABŞ lideri vurğulayıb.