BAKI, 30 aprel. TELEQRAF
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTKOM) Hörmüz boğazında tətbiq edilən blokadanın davam etdirildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, CENTKOM-un rəhbəri, admiral Bred Kuper bildirib ki, ABŞ qüvvələri blokadanın tam icrasını təmin etməkdə qətiyyətlidir. Onun sözlərinə görə, tətbiq olunan tədbirlər yüksək effektivlik göstərir.
Kuper qeyd edib ki, aprelin 29-da ABŞ hərbçiləri Hörmüz boğazını keçməyə cəhd edən 42-ci gəmini geri qaytarıb.
Qeyd edək ki, daha əvvəl bəzi ekspertlər bu blokadanın ABŞ-nin İranla qarşıdurmada üstünlük əldə etməsinə imkan verməyəcəyini bildirmişdilər. İran tərəfi isə blokadanın davam edəcəyi təqdirdə misli görünməmiş addımlar ata biləcəyini bəyan edib.