BAKI, 30 aprel. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış “Neftçi” – Qarabağ” oyunu baş tutacaq.

Teleqraf xəbər verir ki, “Palms Sport Arena”da keçiriləcək görüş saat 20:00-da start götürəcək.

Qarşılaşmanı baş hakim Kamranbəy Rəhimov idarə edəcək.

Hazırda Yuri Vernidubun baş məşqçisi olduğu "ağ-qaralar" 44 xalla turnir cədvəlinin 5-ci, Qurban Qurbanovun kollektivi isə 56 xalla 2-ci pilləsində yer alır.

Azərbaycan Premyer Liqası

XXI tur

30 aprel (cümə axşamı)

20:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov

VAR: Elçin Məsiyev

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Palms Sports Arena”