BAKI, 30 aprel. TELEQRAF

Ermənistan Antikorrupsiya Komitəsi xaricdə yaşayan ölkə vətəndaşlarına müraciət edərək onları seçki qanunvericiliyini pozmaqdan çəkinməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə komitənin yaydığı məlumatda deyilir.

Məlumata görə, xaricdə məskunlaşan Ermənistan vətəndaşlarından hər hansı maddi və ya digər mənfəət müqabilində seçki hüququnun pozulması prosesinə cəlb olunmamaq tələb edilib.

Bildirilib ki, vətəndaşlar həm birbaşa, həm də məsafədən ölkə daxilindəki şəxslərin azad seçim hüququna mane olmaqdan çəkinməlidirlər.

"Xəbərdarlıq edirik ki, bütün bu kimi hallar komitənin daimi nəzarətindədir. Qanun pozuntularına qarşı qaçılmaz olaraq sərt və adekvat hüquqi tədbirlər görüləcək",- deyə məlumatda vurğulanıb.