Fars körfəzindəki silahlı münaqişənin mənfi nəticələrinin miqyası və müharibənin yenidən başlanma ehtimalı Amerika iqtisadiyyatı üçün qeyri-müəyyənliyi artırıb.

Teleqraf xəbər verir ki, bu barədə Federal Ehtiyat İdarə Heyətinin sədri Jerom Pauell mətbuat konfransında bildirib.

"İqtisadi perspektiv olduqca qeyri-müəyyən olaraq qalır və Yaxın Şərqdəki münaqişə qısa müddətdə bu qeyri-müəyyənliyi artırıb", - deyə o bildirib.

Fed rəhbəri əlavə edib ki, enerji qiymətlərinin artması ümumi inflyasiyanın daha yüksək olmasına səbəb olacaq. Bundan əlavə, potensial iqtisadi təsirin miqyası və müddəti, eləcə də münaqişənin özünün sonrakı inkişafı qeyri-müəyyən olaraq qalır.