BAKI, 30 aprel. TELEQRAF
Mali rəsmiləri Avropa İttifaqını (Aİ) ölkədə sabitliyi pozmağa cəhd göstərməkdə ittiham edib.
Teleqraf xəbər verir ki, Malinin keçid dövrü şurasının müdafiə komissiyası sədrinin müavini Fuseni Uattara bildirib ki, Aİ liderləri son illər ərzində ölkə rəhbərliyində zəif halqa tapmağa çalışıblar.
Onun sözlərinə görə, bu cəhdlər uğursuz olduqdan sonra Aİ-nin məqsədi rəhbərliyi zəiflətmək üçün yeni mərhələyə keçmək olub. Uattara iddia edib ki, bu çərçivədə terror qruplarının maliyyələşdirilməsi və silahlandırılması həyata keçirilib.
O qeyd edib ki, Qərbin Malidə hakimiyyətin daxildən parçalanmasına nail ola bilməməsi silahlı qruplaşmalara xarici dəstəyin artmasına səbəb olub.