Əfqanıstanın cənubundakı Helmand vilayətində "Taliban" terror təşkilatına qarşı anti-terror əməliyyatları həyata keçirilib.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hücumlar zamanı 37 terrorçu öldürülüb, ən azı 40-ı isə yaralanıb.

Bununla bağlı Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Qulam Rəsul Zazai açıqlama verib. Onun sözlərinə görə, əməliyyatda NATO qüvvələri də iştirak edib. Hücum nəticəsində Musa Qala rayonu terorçulardan təmizlənib.

Samir