BAKI, 26 iyul. TELEQRAF

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib ki, Donald Trampın İrana zərbələri dayandırması diplomatik danışıqlara imkan yaratmaq məqsədi daşıyır və Tehranla təmaslar bütün səviyyələrdə davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Mayk Uolts NBC News telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp hazırda diplomatiyaya imkan yaratmaq üçün hərbi zərbələri dayandırıb.

"Danışıqlar texniki məsələlərdən başlayaraq ən yüksək siyasi səviyyəyədək bütün istiqamətlər üzrə aparılır", - deyə Uolts bildirib.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Trampın İranla bağlı eskalasiyadan imtina edib-etməməsi ilə bağlı suala cavabında isə qeyd edib ki, ABŞ Prezidenti bu məsələdə bütün variantları masada saxlayır.