BAKI, 26 iyul. TELEQRAF

İran ABŞ-lə danışıqlardan çıxmadığını, yalnız danışıq prosesini müvəqqəti dayandırdığını Pakistana bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Al-Hadath telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Tehran Vaşinqtonla əlaqələrdə vasitəçi rolunu oynayan Pakistana danışıqlardan çıxmadığını, yalnız onları müvəqqəti dayandırdığını çatdırıb.

Bildirilir ki, İran ABŞ ilə daha əvvəl imzalanmış qarşılıqlı anlaşma memorandumu əsasında danışıqların davam etdirilməsinin zəruri olduğunu hesab edir.

Mənbələrin iddiasına görə, Tehran ilk mərhələdə Hörmüz boğazı ətrafındakı vəziyyətin müzakirəsini, daha sonra dondurulmuş aktivlərin blokdan çıxarılmasını, bundan sonra isə nüvə proqramı məsələsinin gündəmə gətirilməsini təklif edir.