BAKI, 29 noyabr. TELEQRAF

Türkiyənin Rizə vilayətinin Çayeli rayonunda çay sahəsinə xarici mənşəli olduğu bildirilən pilotsuz uçuş aparatı (PUA) düşüb.

Teleqraf xəbər verir ki, hadisə gecə yerli vaxtla saat 01:30 radələrində rayonun Köprübaşı kəndində qeydə alınıb.

PUA-nın düşməsi nəticəsində yaxınlıqdakı 4 evin şüşələri sınıb, tələfat olmayıb.

Əraziyə jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub. Ətrafda təhlükəsizlik tədbirləri görülüb, aparatın qalıqları toplanaraq araşdırılması üçün aparılıb.