BAKI, 29 noyabr. TELEQRAF

Türkiyənin “Fənərbağça” klubu Fransanın “Lill” komandasının futbolçusu Nqalayel Mukau ilə maraqlanır.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi ilə yanaşı, İtaliyanın “Napoli” klubu da 22 yaşlı yarımmüdafiəçinin çıxışını izləyir.

Demokratik Konqo Respublikası millisinin üzvünün “Lill”lə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Bununla belə, onun yanvar transfer pəncərəsində Fransa klubundan ayrılması ehtimalı da var.

Qeyd edək ki, Mukau bu mövsüm “Lill”in heyətində bütün turnirlərdə 16 oyuna çıxsa da, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.