BAKI, 29 noyabr. TELEQRAF

Almaniyanın “Bavariya” klubunun futbolçusu Konrad Laymer zədələnib.

Teleqraf xəbər verir ki, 28 yaşlı müdafiəçi Bundesliqanın son turunda “Hamburq”la qolsuz heç-heçə etdikləri (0:0) matçda sıradan çıxıb.

Klubun mətbuat xidmətinin məlumatına görə, avstriyalı futbolçunun sağ topuq nahiyəsində peroneal vətərin çıxığı aşkarlanıb. O, əməliyyat olunacaq. Bərpa müddəti ilə bağlı hələlik məlumat verilməyib.

Qeyd edək ki, Laymer bu mövsüm “Bavariya”nın heyətində 16 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.