BAKI, 29 noyabr. TELEQRAF

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyində Azərbaycan millisi iki medal əldə edib.

Teleqraf xəbər verir ki, Əsma Abdullazadə (29 kq) və Yusif Nağızadə (65 kq) yarışı bürünc medalla başa vurublar.

Hər iki idmançı fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.