BAKI, 29 noyabr. TELEQRAF

Bu gün Ermənistanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.

Teleqraf Ermənistan KİV-lərə istinadən xəbər verir ki, səsvermə ölkənin 12 icmasını əhatə edir və saat 08:00-dan etibarən 317 seçki məntəqəsi açılıb.

Məlumata görə, məntəqələrdə seçicilərin qeydiyyatı məqsədilə 522 texniki avadanlıqdan istifadə olunur. Ölkənin 10 icmasında – Sevan (Geğarkunik vilayəti), Noyemberyan (Tavuş vilayəti), Spitak (Lori vilayəti), Kapan (Sünik vilayəti), Aşotsk və Amasiya (Şirak vilayəti), Aştarak və Aparan (Araqatsotn vilayəti), eləcə də Baqramyan və Metsamorda (Armavir vilayəti) seçkilər partiya siyahıları üzrə (proporsional sistemlə) təşkil olunub.

Araqatsotn vilayətinin Arevut və Metsadzor icmalarında isə səsvermə fərdi namizədlər üzrə (majoritar sistemlə) keçirilir.