BAKI, 29 noyabr. TELEQRAF
İngiltərə klublarından “Mançester Yunayted” Premyer Liqada antirekord müəyyənləşdirib.
Teleqraf xəbər verir ki, Mançester təmsilçisi İngiltərə çempionatının XII turunda “Brentford”a 0:4 hesabı ilə məğlub olub.
Bu nəticədən sonra “qırmızı şeytanlar”ın Premyer Liqada qələbə qazana bilmədiyi oyunların sayı 10-a çatıb. Komanda bu müddətdə 5 heç-heçə edib, 5 dəfə isə uduzub. Bu, klubun Premyer Liqa tarixində ən uzun qələbəsiz seriyasıdır.
12 turdan sonra cəmi 8 xalı olan “Mançester Yunayted” turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.