BAKI, 12 noyabr. TELEQRAF

İngiltərənin cənubundakı Kent sahillərində neft dağılması baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

Hadisə nəticəsində Marqeyt və Ramsqeytdəkilər də daxil olmaqla 18 çimərliyin bağlandığını bildirib.

Böyük Britaniya Ətraf Mühit Agentliyi araşdırma aparır. Çirklənmənin mənbəyi hələ müəyyən edilməyib. Yerli hakimiyyət orqanları neft dağılması barədə müvafiq orqanlara 11 noyabr axşamı məlumat veriblər.